20 aprel 2025. Bazar günü

"Yuventus" azarkeşləri "Verona" ilə oyunda komandanı fitə basıblar


"Yuventus" azarkeşləri "Verona" ilə oyunda komandanı fitə basıblar

“Yuventus” klubunun azarkeşləri İtaliya çempionatında “Verona” ilə oyunda komandalarını fitə basıblar.

90deqiqe.Az-ın məlumatına görə, “qoca sinyora”nın azarkeşləri son vaxtlar əldə etdikləri uğursuz nəticələr və klub rəhbərliyinin hərəkətləri səbəbindən komandalarını fitə basıblar.

Qarşılaşma zamanı azarkeşlər “Yuventus”un bosslarına qışqırıblar.

Qeyd edək ki, azarkeşlər 2024-cü ilin yayında “Atalanta”dan “Yuventus”a keçən hollandiyalı yarımmüdafiəçi Ten Kupmaynersi ayrı-ayrılıqda fitə basıblar.

Yada salaq ki, “Yuventus” sonda “Verona”nı 2:0 hesabı ilə məğlub edib. Hazırda Tiaqo Mottanın rəhbərlik etdiyi Turin komandası A Seriyasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.







İtaliya S.A.

"Milan" Abrahamla bağlı qərar verib
  • İtaliya S.A.
  • 22:20 16.04.2025
"Milan" Abrahamla bağlı qərar verib
"Yuventus"dan çətin qələbə
  • İtaliya S.A.
  • 00:36 13.04.2025
"Yuventus"dan çətin qələbə
"İnter"dən qələbə
  • İtaliya S.A.
  • 22:05 12.04.2025
"İnter"dən qələbə