14 dekabr 2025. Bazar günü

Alleqri "Milan"a qayıda bilər


Alleqri "Milan"a qayıda bilər

"Milan" daha bir baş məşqçi dəyişikliyi edə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi xəbərə görə, "rossoneri" Massimiliano Alleqrini təyin etmək imkanını nəzərdən keçirir.

Hazırda 57 yaşlı Alleqrinin klubsuzdur.

Massimiliano artıq 2010-2014-cü illərdə "Milan"ı çalışdırıb. “Rossoneri” ilə bu mütəxəssis 2011-ci ildə çempionluq və İtaliya Superkubokunu qazanıb. Hazırda "Milan"a Serxio Konseysao rəhbərlik edir. O, 2024-cü ilin sonunda komandanı təhvil aldı və tez bir zamanda Super Kuboku qazandı, lakin sonra Rossoneri Çempionlar Liqasından kənarlaşdırıldı. A Seriyasında isə "Milan" hazırda cəmi 9-cu yeri tutur.







İtaliya S.A.

“Komo” hücumçusunu itirdi
  • İtaliya S.A.
  • 21:07 12.12.2025
“Komo” hücumçusunu itirdi