18 mart 2025. Çərşənbə axşamı

"Mottanın rəhbərliyi altında "Yuventus" getdikcə pisləşir"


"Mottanın rəhbərliyi altında "Yuventus" getdikcə pisləşir"

Keçmiş italyan futbolçu Antonio Kassano Tiaqo Mottanın "Yuventus"dakı işi haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Nikolo Şira sabiq oyunçunun dediklərini belə çatdırıb. 

“Mottanın rəhbərliyi altında yeddi ay ərzində "Yuventus" getdikcə pisləşdi, amma son iki həftə həqiqətən fəlakətli oldu. Motta yaxşı məşqçidir, amma o, bu kluba uyğun deyil; mən onun ideyalarını komandanın oyununda belə görmürəm.”

Xatırladaq ki, Turinlilərin A Seriyasının son oyununda “Fiorentina”ya ağır məğlubiyyətindən (0:3) sonra “Byankoneri”nin çalışdırıcısının gələcəyi İtaliya futbolunda ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bir həftə əvvəl komanda “Atalanta”ya darmadağın olub (0:4), bir müddət əvvəl isə Çempionlar Liqası və İtaliya Kubokundan kənarlaşdırılıb.

 "Yuventus" A Seriyasının turnir cədvəlində 5-ci yerdədir.







İtaliya S.A.

"İnter" İnzaqi ilə bağlı qərar verib
  • İtaliya S.A.
  • 11:12 18.03.2025
"İnter" İnzaqi ilə bağlı qərar verib
"Milan"dan çətin qələbə
  • İtaliya S.A.
  • 23:08 15.03.2025
"Milan"dan çətin qələbə