17 may 2025. Şənbə

Balotellinin agenti onun haqqında danışıb


Balotellinin agenti onun haqqında danışıb

Mario Balotellinin agenti Françesko Fakçinetti hazırda "Cenoa"da çıxış edən futbolçu haqda fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "pianetamilan.it" agentin dediklərini belə çatdırıb. 

“Mən Marionu sevirəm, biz bir-birimizi 10 ildən çoxdur tanıyırıq. Uzun müddətdir dostuq, onu yaxşı yerdə görmək istədiyim üçün ona kömək etməyi özümə borc bildim. Təəssüf ki, indi onun “Genoa”da özünü göstərmək şansı azdır. Onun həll etməyə çalışdığı problemlər var idi. Son qərarı baş məşqçi verir. Qərarlar yalnız düzgün deyil, həm də yanlış ola bilər. Bununla belə, biz onlara hörmət etməliyik”

Mario Balotelli, "Cenoa"ya keçməzdən əvvəl, Türkiyə çempionatında çıxış edərək özünü təsdiq etməyə çalışıb, lakin bu cəhdləri uğursuz olub.







İtaliya S.A.

Konseysao "Yuventus"dan ayrılacaq
  • İtaliya S.A.
  • 15:51 16.05.2025
Konseysao "Yuventus"dan ayrılacaq
İtaliya Kubokunun qalibi bəlli olub
  • İtaliya S.A.
  • 01:00 15.05.2025
İtaliya Kubokunun qalibi bəlli olub
"Milan" Uokerlə bağlı qərar verdi
  • İtaliya S.A.
  • 21:51 13.05.2025
"Milan" Uokerlə bağlı qərar verdi
Fabreqas "Komo"da qalacaq
  • İtaliya S.A.
  • 16:46 13.05.2025
Fabreqas "Komo"da qalacaq