20 mart 2025. Cümə axşamı

"Napoli" heyətdə ciddi dəyişikliklər edəcək


 "Napoli" heyətdə ciddi dəyişikliklər edəcək

İtaliyanın "Napoli" klubu yay transfer pəncərəsində 8 yeni futbolçu almağı planlaşdırır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira "X" (keçmiş Twitter) sosial şəbəkəsində məlumat verib.

O klub rəhbərliyinin PSJ-yə keçən Xviça Kvaratsxeliyanın yerinə yeni qapıçı, müdafiəçi, iki mərkəz müdafiəçisi, bir mərkəz yarımmüdafiəçisi, bir və ya iki cinah yarımmüdafiəçisi, həmçinin Romelu Lukakunun yerinə hücumçu almaq istədiyini qeyd edib.

Hazırda İtaliya çempionatının turnir cədvəlinə 64 xalla "İnter" başçılıq edir. İkinci yerdə 61 xal toplayan "Napoli" qərarlaşıb. İlk üçlüyü 58 xalla “Atalanta” tamamlayır. İlk 5-liyə müvafiq olaraq 53 və 52 xalı olan "Bolonya" və "Yuventus" daxildir.







İtaliya S.A.

Hernandez La Liqaya qayıdır
  • İtaliya S.A.
  • 10:26 19.03.2025
Hernandez La Liqaya qayıdır
"İnter" İnzaqi ilə bağlı qərar verib
  • İtaliya S.A.
  • 11:12 18.03.2025
"İnter" İnzaqi ilə bağlı qərar verib