- İtaliya S.A.
- 22:39 25.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"İnter"in yarımmüdafiəçisi Davide Frattesi, İtaliyanın başqa bir top-klubuna keçə bilər.
90deqiqe.Az xəbər verir ki, "Napoli" qarşıdakı transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir və Frattesi onların potensial namizədlərindən biridir. Neapol təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
"Partenopei"nin ötən qış italyan futbolçu ilə müqavilə imzalamağı da nəzərdən keçirdiyini bildirir.
Yanvar ayında Frattesi ilə maraqlanan "Roma" və "Tottenhem" klubları olsa da, müqavilə imzalanmamışdı.
25 yaşlı futbolçu, Simone İnzaqinin komandasında az oyun şansı əldə etdiyindən, onun mümkün transferi qış pəncərəsində geniş müzakirə olunmuşdu.
Transfermarkt-ın məlumatına görə, futbolçunun dəyəri 32 milyon avrodur.