14 avqust 2026. Cümə

Zidan İtaliya nəhəngini çalışdıra bilər


Zidan İtaliya nəhəngini çalışdıra bilər

4 ildir ki, işsiz olan təcrübəli çalışdırıcı Zinəddin Zidan İtaliyada çalışa bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi xəbərə görə, “Yuventus” rəhbərliyi Zidanı məşqçi körpüsündə görmək arzusundadır. Lakin bildirilir ki, indiki mərhələdə belə bir ssenarinin olması ehtimalı azdır.

Tiaqo Mottanı tezliklə “qoca sinyora”nın sükanı arxasında Roberto Mançini və ya İqor Tudorun əvəzləməsi gözlənilir.

Zinəddin Zidan futbolçu kimi 1996-2001-ci illərdə "Yuventus"da çıxış edib. Didye Deşam 2026-cı il dünya çempionatından sonra Zidanın Fransa millisinin baş məşqçisi olacağı haqda danışılır.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"