- İtaliya S.A.
- 22:41 25.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Napoli" rəhbərliyi bu mövsüm başa çatdıqdan sonra qapıçı xəttini gücləndirmək istəyir.
90deqiqe.Az xəbər verir ki, Neapol təmsilşisi "Torino"nun və Serbiya millisinin qapıçısı Vanya Milinkoviç-Saviçi transfer etməyi nəzərdən keçirir.
"Napoli" klubu artıq bu yay transfer pəncərəsində 28 yaşlı qolkiperi transfer etmək üçün agenti ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Napoli" Aleks Mereti satmaq fikrində deyil və komandada iki yüksək səviyyəli qapıçı arasında güclü rəqabətin olacağına ümid edir. Neapollular Milinkoviç-Saviç üçün Turin klubuna 8 milyon avro ödəməli olacaq. Xatırladaq ki, Vanya Milinkoviç-Saviç cari mövsümdə “Torino”nun heyətində İtaliya çempionatında 28 oyun keçirib, onun doqquzunda qapısını təmiz saxlaya bilib.