29 mart 2025. Şənbə

"Məqsədim Çempionlar Liqasını və “Qızıl top”u qazanmaqdır"


"Məqsədim Çempionlar Liqasını və “Qızıl top”u qazanmaqdır"

"İnter" klubunun türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu yaxın gələcək üçün hədəfləri barədə jurnalistlərə danışıb.

90deqiqe.Az-ın "Sportmediaset"ə istinadən verdiyi xəbərə görə,  Çalhanoğlu, Milan komandasının bu mövsüm bütün kubokları qazanmaq istədiyi və hazırda ən əsas məqsədi Çempionlar Liqasını qazanmaq olduğunu bildirib.

"Arzum finala qayıtmaqdır, amma bu dəfə qalib gəlmək. Bəlkə də "Qızıl top"u qazanacam.Daha bir skudetto qazanmaq başqa çox vacib işdir" 

Xatırladaq ki, bu mövsüm Hakan Çalhanoğlu "İnter"in heyətində İtaliya çempionatında 21 oyun keçirib. 31 yaşlı yarımmüdafiəçi 5 qol vurub və 4 məhsuldar ötürmə edib.







İtaliya S.A.