- İtaliya S.A.
- 22:41 25.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Nüfuzlu “Transfermarkt” internet portalı son qiymət yeniləməsindən sonra İtaliya A Seriyasının ən bahalı futbolçularının reytinqini dərc edib.
90deqiqe.Az xəbər verir ki, bu siyahıya "İnter"in hücumçusu Lautaro Martinez başçılıq edir. Onun dəyəri 95 milyon avrodur.
İkinci yeri 80 milyon dəyərində qiymətləndirən "İnter"in müdafiəçisi Alessandro Bastoni tutur. İlk üçlüyü, "İnter"in yarımmüdafiəçi Nikolo Barella qapayıb.Hər birinin qiyməti 75 milyon avro olan dördüncü və beşinci yerləri “Milan”ın futbolçusu Rafael Leao və növbəti dəfə “İnter”in hücumçusu Markus Tyuram tutub.
Bundan əvvəl "İnter" Transfermarkt portalının mütəxəssisləri tərəfindən bütün oyunçuların ümumi dəyərinə əsasən İtaliya A Seriyasının ən bahalı klubu kimi tanınıb.