- İtaliya S.A.
- 15:26 19.04.2025
İtaliya A Seriyasında mart ayının ən yaxşı məşqçisi seçilib.
90deqiqe.Az xəbər verir ki, mükafatı "Bolonya"nın sükançısı Vinçenzo Italiano qazanıb.
"Bolonya" ötən ay İtaliya çempionatında 4 oyun keçirib. Onlarda “qırmızı-göylər” “Kalyari” (2:1), “Verona” (2:1), “Latsio” (5:0) və “Venesiya”ya (1:0) qalib gəlib.
Hazırda "Bolonya" İtaliya çempionatının turnir cədvəlində dördüncü yerdədir. Italianonun komandası A Seriyasında növbəti matçını aprelin 7-də doğma meydanda "Napoli" ilə keçirəcək. "Bolonya" ardıcıl ikinci il Çempionlar Liqasında oynamaq üçün mübarizə aparır.