5 dekabr 2025. Cümə

Konseysao komandasının "Fiorentina" ilə oyununu tənqid edib


Konseysao komandasının "Fiorentina" ilə oyununu tənqid edib

"Milan"ın baş məşqçisi Serxio Konseysao jurnalistlərə açıqlamasında komandasının A Seriyasında "Fiorentina" ilə 2:2 hesablı heç-heçə ilə yekunlaşan oyunundakı çıxışından danışıb.

90deqiqe.Az-ın “Football Italia”ya istinadən verdiyi məlumata görə, təcrübəli çalışdırıcı komandasının sadə vəziyyətlərdə çoxlu səhvlərə yol verdiyini və matçın ilk 25 dəqiqəsində sadəcə olaraq dəhşətli oyun nümayiş etdirdiyini bildirib.

"Və nəhayət, bu mənim günahımdır, çünki məşqçiyəm, amma akademiyada uşaqlıqda öyrəndiyiniz bəzi şeylər var"

Xatırladaq ki, "Milan" klubu ilk on dəqiqədə iki qol buraxsa da, Abraham və Yoviçin qolları sayəsində məğlubiyyətdən yaxa qurtara bilib. "Milan" hazırda A Seriyasında 9-cu yerdədir.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”