16 aprel 2025. Çərşənbə

"Fiorentina" De Xeanı növbəti mövsümdə saxlamaq üçün maaşını iki dəfə artıracaq


"Fiorentina" De Xeanı növbəti mövsümdə saxlamaq üçün maaşını iki dəfə artıracaq

İtaliyanın "Fiorentina" klubu qapıçısı David de Xea ilə müqaviləni uzatmaq qərarına gəlib.

90deqiqe.Az-ın "Calciomercato"ya istinadən verdiyi xəbərə görə, ispaniyalı qolkiperin müqaviləsində Florensiya klubu bundan yararlanmağa qərar verən bir il müddətinə uzadılması opsiyasını ehtiva edir.

Hazırda ildə 2 milyon avro qazanan təcrübəli oyunçu İtaliya klubu ilə müqavilənin uzadılmasından sonra De Xeanın maaşı ikiqat artacaq.

Xatırladaq ki, David de Xea 2023-cü ilin yayında “Mançester Yunayted”dən ayrılıb, bir il futboldan kənarda qalıb, daha sonra “Fiorentina” ilə bir illik müqavilə imzalayıb. 

David de Xea bu mövsüm "Fiorentina"nın heyətində bütün turnirlərdə 31 oyun keçirib. Qapıçı 10 qapını təmiz saxlayıb və 34 top buraxıb.







İtaliya S.A.

"Yuventus"dan çətin qələbə
  • İtaliya S.A.
  • 00:36 13.04.2025
"Yuventus"dan çətin qələbə