- İtaliya S.A.
- 23:41 11.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Milan" "Fiorentina"nın sağ cinah müdafiəçisi Dodo ilə maraqlanır.
90deqiqe.Az-ın "Calciomercato"ya istinadən verdiyi xəbərə görə, "rossoneri"nin marağına səbəb braziliyalının A Seriyasının 31-ci turunda iki komanda arasında üz-üzə gələn qarşılaşmada uğurlu çıxışı olub.
Braziliyalı müdafiəçinin transfer qiyməti 20 milyon avronu keçə bilər. Bildirilir ki, “Milan” rəhbərliyi müdafiəçinin üzbəüz görüşdəki çıxışından “məftun olub” və kluba yeni idman direktoru gəldikdən sonra müqaviləni tamamlamağa çalışacaq. Bununla belə, Dodo uğrunda mübarizədə “Barselona” "Milan"ın rəqibi ola bilər.
Dodo 2022-ci ilin yayında 15,4 milyon avroya Ukrayna "Şaxtyor"undan "Fiorentina"ya keçib. Bu mövsüm braziliyalı bütün turnirlərdə 39 oyun keçirib və 5 məhsuldar ötürmə edib.