5 dekabr 2025. Cümə

"Latsio"nun 40 milyonluq arzusu


"Latsio"nun 40 milyonluq arzusu

İtaliyanın "Latsio" klubu hazırda icarə əsasında çıxış edən Nuno Tavaresi "Arsenal"dan birdəfəlik almağı planlaşdırır.

90deqiqe.Az-ın "Football Italia"ya istinadən verdiyi xəbərə görə, İtaliya təmsilçisi futbolçunun 5 milyon avroya satın alma müddəasından istifadə etmək və dərhal 40 milyona oyunçu almaq istəyənləri tapmaq istəyir.

Portuqaliyalı oyunçu mövsüm ərzində ümumilikdə 27 oyun keçirib. Çempionatda 8 məhsuldar ötürmə ilə yanaşı, Avropa Liqası matçında da 1 məhsuldar ötürmə edib.

25 yaşlı müdafiəçi yay transfer pəncərəsində romalılar tərəfindən icarəyə götürülüb və dərhal baş məşqçini heyran edib. O ilk 8 matçında 8 məhsuldar ötürmə edib və dəyəri kəskin şəkildə yüksəlib.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”