- İtaliya S.A.
- 23:41 11.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Komo"nun yarımmüdafiəçisi Dele Alli gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, futbolçu İngiltərə yığmasına qayıtmağa və 2026-cı ilin yayında dünya çempionatında oynamağa ümid etdiyini bildirib.
"Mən [beynəlxalq karyeramı] hələ tamamlamamışam. Çox iddialı bir insanam. İndi həmişəkindən daha çox acam. Mənim üçün çətin iki il oldu, bu müddət ərzində çox şey öyrəndim. Artıq açıq şəkildə bildirdim ki, yaxın məqsədlərimdən biri 2026-cı il Dünya Çempionatı üçün heyətə daxil olmaqdır"
Dele Alli sonuncu dəfə 2019-cu ilin yayında İngiltərə yığmasında çıxış edib.