- İtaliya S.A.
- 21:44 11.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
İtaliya A Seriyasının 32-ci turu çərçivəsində "Milan" doğma meydanda "Udineze"ni 4:0 hesabı ilə darmadağın edib.
90deqiqe.Az xəbər verir ki, qollardan birinin müəllifi komandanın cari mövsümdəki bombardiri Ticani Reynders olub. O, "Milan" tarixində bir mövsümdə 10 və ya daha çox qol vuran ikinci niderlandlı futbolçu kimi adını klub tarixinə yazdırıb.
Bu göstəriciyə daha əvvəl yalnız əfsanəvi Marko van Basten nail olmuşdu. O, 1988-1993-cü illər arasında ardıcıl beş mövsümdə bu uğuru təkrarlamışdı.
Xatırladaq ki, Ticani Reynders 2023-cü ildən “Milan”da çıxış edir.Van Basten 1987-1995-ci illərdə bu klubda çıxış edib.