- İtaliya S.A.
- 17:35 12.05.2025
"Napoli" komandanın hazırkı baş məşqçisi Antonio Kontedən ayrıla biləcəyi təqdirdə iki məşqçinin namizədliyini nəzərdən keçirir.
90deqiqe.Az xəbər verir ki, Neapol təmsilçisi iki mütəxəssislə maraqlanır. Söhbət Massimiliano Alleqri və Vinçenzo Italianodan gedir.
Birincisi hazırda işsizdir, ikincisi isə "Bolonya"nın məşqçisidir.
Cari A Seriya yarışında "Napoli" "İnter"lə çempionluq uğrunda mübarizə aparır. 32 turdan sonra Kontenin komandası 68 xala malikdir və ikinci yerdədir. Simone İnzaqinin komandası ilə xal fərqi üçdür.