8 iyun 2026. Bazar ertəsi

"Roma" Şomurodovla müqaviləni uzadacaq


"Roma" Şomurodovla müqaviləni uzadacaq

"Roma" rəhbərliyi yaxın günlərdə Özbəkistan millisinin hücumçusu Eldor Şomurodovla yeni müqavilə imzalamağı planlaşdırır.

90deqiqe.Az xəbər verir ki, "canavarlar" 29 yaşlı forvardla müqaviləni 2027-ci ilin yayına qədər uzatmaq niyyətindədir.

Qeyd edək ki, ötən qış klub rəhbərliyi Şomurodovu transfer siyahısına daxil etməyə hazırlaşırdı. Lakin baş məşqçi Klaudio Ranyeri prosesi dayandıraraq futbolçunun komandada qalmasının vacib olduğunu vurğulayıb və onun satışına qarşı çıxıb.

Xatırladaq ki, bu mövsüm Eldor Şomurodov “Roma”nın heyətində İtaliya çempionatında 22 oyun keçirib və 4 qol vurub və iki məhsuldar ötürmə edib. Buna qədər forvard "Kalyari", "Spesiya", "Cenoa", "Rostov" və digər klublarda çıxış etməyi bacarıb.







İtaliya S.A.

"Dörd-beş ay zədə ilə oynadım"
  • İtaliya S.A.
  • 14:38 06.06.2026
"Dörd-beş ay zədə ilə oynadım"
Konte "Napoli"dən ayrıldı
  • İtaliya S.A.
  • 22:51 04.06.2026
Konte "Napoli"dən ayrıldı