20 iyun 2025. Cümə

"Roma" və "Milan" Ançelotti ilə əlaqə saxlayıb


"Roma" və "Milan" Ançelotti ilə əlaqə saxlayıb

“Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin gələcəyi ilə bağlı maraqlı iddialar yayılıb.

90deqiqe.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis A Seriyasına qayıda bilər.

Xəbərdə bildirilir ki, həm “Roma”, həm də “Milan” klubları təcrübəli çalışdırıcını komandalarına rəhbərlik etməyə dəvət ediblər. Ançelotti İtaliyadan gələn təklifləri nəzərdən keçirməyə hazırdır və hər iki klub artıq onun cavabını səbrsizliklə gözləyir.

İtaliyada Ançelotti "Rejina", "Parma", "Yuventus", "Milan" və "Napoli"nin baş məşqçisi vəzifəsində çalışıb.

Daha əvvəl mətbuatda italiyalı mütəxəssisin cari mövsümün sonunda qovula biləcəyi barədə məlumatlar yayılmışdı. Ançelottinin Real Madrid ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.







İtaliya S.A.

"Latsio" Pedronun müqaviləsini uzatdı
  • İtaliya S.A.
  • 23:50 16.06.2025
"Latsio" Pedronun müqaviləsini uzatdı