5 dekabr 2025. Cümə

Fabreqas A Seriya nəhənginə rəhbərlik edə bilər


Fabreqas A Seriya nəhənginə rəhbərlik edə bilər

"Komo"nun baş məşqçisi Sesk Fabreqas “Roma”nın baş məşqçisi postuna namizəd olub.

90deqiqe.Az-ın "Sky Sport"a istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəssis, "Roma"nın baş məşqçisi vəzifəsi üçün son namizəd olub. Mövsümün sonunda Klaudio Ranyerinin postunu tərk edəcəyini açıqlayan İtaliya klubu, onun yerinə potensial əvəzləyici axtarır və Fabreqas bu siyahıya əlavə edilib.

37 yaşlı çalışdırıcı məşqçi daha əvvəl "Milan", "Yuventus", "RB Leypsiq" və "Lids" kimi klublarla məşqçi postu üçün adı hallanmışdı.

“Roma”nın məşqçilər siyahısında həmçinin Françesko Farioli (“Ayaks”), Patrik Vieyra (“Cenoa”) və Stefano Pioli (“Əl Nəsr”) var.

“Roma” A Seriyasında 34 turdan sonra turnir cədvəlində altıncıdır. Dördüncü yerə olan fərq cəmi iki xaldır.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”