14 may 2026. Cümə axşamı

Milik "Yuventus"la müqaviləni uzadıb


Milik "Yuventus"la müqaviləni uzadıb

"Yuventus" hücumçusu Arkadiuş Milik ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

Yeni müqavilə 2027-ci il iyunun 30-na kimi qüvvədə olacaq.

Daha əvvəl xəbər verdiyimiz kimi, zədə səbəbindən bu mövsüm heç bir oyun keçirməyən 31 yaşlı futbolçu maliyyə baxımından "Yuventus"a sərfəli olduğu üçün komandada qalacaq.

Milikin meydana çıxdığı son oyun Polşa və Ukrayna yığmaları arasında ötən ilin iyununda baş tutan yoldaşlıq oyunu olub. Bundan sonra futbolçu menisküsü zədələndiyi üçün sıradan çıxıb. Polşalı oyunçu 2022-ci ildən "Yuventus"da çıxış edir və bütün turnirlərdə 75 matçda 17 qol vurub.







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi