30 iyun 2026. Çərşənbə axşamı

Sarri "Milan"ı çalışdıra bilər


Sarri "Milan"ı çalışdıra bilər

Serxio Konseysaonun "Milan" macərerası qısa çəkə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport" nəşrinə istinadən yaydığı məlumata görə, portuqaliyalı mütəxəssis cəmi 6 ay işlədikdən sonra klubdan ayrıla bilər.

"Milan" rəhbərliyi artıq mümkün alternativləri dəyərləndirməyə başlayıb. "Rossoneri"nin qısa siyahısında 66 yaşlı Mauritsio Sarrinin də adı yer alıb.

Təcrübəli mütəxəssis hazırda işsizdir.

Ötən ilin martında təcrübəli mütəxəssis “Latsio”dan ayrılıb. Mauritsio Sarri demək olar ki, bütün məşqçilik karyerasını İtaliyada keçirib.

İstisna mütəxəssisin “Çelsi”yə rəhbərlik etdiyi 2018/2019 mövsümü idi. London komandası ilə Sarri Avropa Liqasının qalibi olub.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı