5 dekabr 2025. Cümə

Pedro "Latsio"da yeni rekorda imza atıb


Pedro "Latsio"da yeni rekorda imza atıb

İtaliya A Seriyasının 34-cü turunda "Latsio" "Parma" ilə qarşılaşmada məğlubiyyətdən xilas olmağı bacarıb.

90deqiqe.Az-ın məlumatına görə, komandanın xilasına isə ispan veteran Pedro imza atıb.

Əvəzedici kimi meydana daxil olan Pedro matçda iki qol vuraraq həm komandasına vacib xallar qazandırıb, həm də klub tarixində yeni rekorda imza atıb. Belə ki, o, bu mövsüm əvəzedici kimi vurduğu qolların sayını 7-yə çatdırıb.

Bu göstərici ilə Pedro "Latsio"nun əvvəlki rekordunu geridə qoyub. Əvvəlki rekord 2008/2009 mövsümündə əvəzedici kimi 6 qol vuran Tommaso Rokçiyə məxsus idi.

Qeyd edək ki, sabiq "Barselona" futbolçusunun mövsümün sonuna qədər bu statistikaya yeni qollar əlavə etmək imkanı var.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”