30 iyun 2026. Çərşənbə axşamı

Fabreqas “Komo”da bu şərtlə qala bilər


Fabreqas “Komo”da bu şərtlə qala bilər

İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqasın komandada qalması mümkün görünür, lakin bu, müəyyən şərtlərin yerinə yetirilməsindən asılıdır.

90deqiqe.Az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis baş məşqçi kimi qərarların qəbulunda tam sərbəstlik, əsas transferlərlə heyətin gücləndirilməsi və maaşının artırılması kimi tələblərdə israrlıdır.

Bildirilib ki, bir sıra Avropa klublarının ispan mütəxəssisə maraq göstərməsi “Komo” üçün bu məsələdə qərar verməyi daha da çətinləşdirir.

Fabreqas 2024-cü ilin yayında "Komo"nun "sükanı arxasına" keçib və A Seriyasında debüt mövsümündə onun rəhbərlik etdiyi komanda 48 xal toplayaraq 10-cu yerdədir. Fabreqasın "Komo"dakı gələcəyi indi klubun məşqçisinin ambisiyalarını dəstəkləməyə nə dərəcədə hazır olmasından asılıdır.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı