- İtaliya S.A.
- 21:35 13.06.2025
“Atalanta”nın hücumçusu Ademola Lukman A Seriyasının 36-cı turunda “Roma”ya qarşı keçiriləcək vacib matçda iştirak edə bilər.
90deqiqe.Az-ın “Football Italia"ya istinadən yaydığı məlumata görə, nigeriyalı futbolçu axilles vətərində narahatlıq səbəbilə komandanın son məşqini buraxsa da, son anda “Roma” ilə oyun üçün açıqlanan heyətə daxil edilib. Bu isə onun qarşıdakı görüşdə oynamaq ehtimalını artırıb.
Qeyd edək ki, “Roma” – “Atalanta” qarşılaşması mayın 12-də baş tutacaq və hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. Belə ki, tərəflər avrokuboklara vəsiqə uğrunda mübarizə aparır.
Hazırda turnir cədvəlində “Atalanta” 35 oyundan sonra 68 xalla üçüncü pillədə qərarlaşıb. “Yuventus” və “Latsio” 36 oyuna 64 xal toplamış vəziyyətdədir. “Roma” isə 35 oyunda 63 xal əldə edib və avrokubok zonasında yer almaq uğrunda yarışır.
Ademola Lookman bu mövsüm “Atalanta”nın heyətində 38 oyuna çıxaraq 18 qola imza atıb.