- İtaliya S.A.
- 05:07 15.06.2025
“Napoli”nin baş məşqçisi Antonio Konte A Seriyasının sona yaxınlaşdığı bir vaxtda çempionluq ümidlərinin hələ də onun üçün qeyri-real göründüyünü bildirib.
90deqiqe.Az xəbər verir ki, "Football Italia" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Son iki qarşılaşma əvvəldən tamamilə ağlasığmaz olan bir hədəfi təmsil edir. Buna nail olmaq inanılmaz olardı”.
Hazırda A Seriyada mövsümün başa çatmasına iki tur qalıb. “Napoli” 36 turdan sonra cəmi bir xal fərqi ilə “İnter”i qabaqlayaraq turnir cədvəlinin lideridir.
Antonio Konte qeyd edib ki, komanda indiyədək sərgilədiyi performansla gözləntiləri aşaraq real imkanlarından kənara çıxıb.
“Napoli” mövsümün son iki qarşılaşmasında əvvəlcə mayın 18-də səfərdə “Parma” ilə qarşılaşacaq, daha sonra isə mayın 25-də doğma meydanda “Kalyari”ni qəbul edəcək.