- İtaliya S.A.
- 23:33 04.12.2025
İtaliyanın "Komo" klubunun baş məşqçisi Sesk Fabreqasın gələcəyi ilə bağlı məlumatlar üzə çıxıb.
90deqiqe.Az -ın məlumatına görə, "Komo" rəhbərliyi və 38 yaşlı mütəxəssis artıq İtaliya çempionatının növbəti mövsümü üçün planlar hazırlayır. Bu isə o deməkdir ki, ispaniyalı mütəxəssis klubda fəaliyyətini davam etdirəcək.
Keçən il komandanın B seriyasında çıxış etdiyini nəzərə alsaq, "Komo" fantastik mövsüm keçirdiyini söyləmək yerinə düşərdi.
36 turdan sonra Fabreqasın komandası 48 xalla turnir cədvəlinin onuncu pilləsində qərarlaşıb.
Qalan iki turda "Komo" səfərdə "Verona"nı, evdə "İnter"i qəbul edəcək.