30 iyun 2026. Çərşənbə axşamı

“Cenoa” baş məşqçi dəyişikliyi etməyə hazırlaşır


“Cenoa” baş məşqçi dəyişikliyi etməyə hazırlaşır

İtaliyanın “Cenoa” klubuna rəhbərlik edən Patrik Vieyra mövsümün sonunda komandanı tərk edə bilər.

90deqiqe.Az-ın “Football Italia"ya istinadən yaydığı məlumata görə, mütəxəssis özü gələcəyi ilə bağlı susur, yalnız cari matçları müzakirə etməyə üstünlük versə də, kluba yaxın mənbələr məşqçi dəyişikliyinin böyük ehtimalla olduğunu düşünür. 

“Cenoa” fransalının onlara cədvəlin ortasında az-çox rahat yer qazandırmasından məmnundur, lakin onlar hesab edirlər ki, indi daha çox şeyin vaxtıdır. 

Klub rəhbərliyi portuqaliyalı Paulo Sousanın xidmətində maraqlıdır. Paulo Sousa hazırda BƏƏ-də "Şabab Əl Əhli"yə rəhbərlik edir. O, İtaliya futboluna yad deyil, əvvəllər “Fiorentina” və “Salernitana” klublarını çalışdırıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı