30 iyun 2026. Çərşənbə axşamı

“Yuventus” yeni mövsüm üçün ev formasını təqdim edib - FOTOLAR


“Yuventus” yeni mövsüm üçün ev formasını təqdim edib - FOTOLAR

“Yuventus” klubu 2025/2026 mövsümündə istifadə edəcəyi ev formasını rəsmi saytında ictimaiyyətə təqdim edib.

90deqiqe.az xəbər verir ki, İtaliya təmsilçisinin texniki sponsoru Almaniyanın "Adidas" şirkətidir. Yeni forma ənənəvi ağ-qara rənglərdə dizayn olunub və modern üslubda hazırlanıb.

Hazırda A Seriyasında 36 turdan sonra “Yuventus” 64 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Çempionata 78 xalla “Napoli” başçılıq edir. İkinci pillədə “İnter” (77 xal), üçüncü yerdə isə “Atalanta” (71 xal) qərarlaşıb.

Turin klubu mövsümün son iki oyununda “Udineze” və “Venesiya” ilə qarşılaşacaq. “Zebralar”la duel “Yuventus”un ev meydanında, "narıncı-qara-yaşıllar"la oyun isə səfərdə baş tutacaq.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı