14 may 2026. Cümə axşamı

Yannik Sinner İtaliya Kubokunun finalında iştirak edir


Yannik Sinner İtaliya Kubokunun finalında iştirak edir

Üçqat “Böyük Dəbilqə” çempionu və dünyanın bir nömrəli tennisçisi Yannik Sinner İtaliya Kubokunun 2024/2025-ci il mövsümündə “Milan” və “Bolonya” arasında keçirilən final qarşılaşmasını stadiondan izləyib.

90deqiqe.Az xəbər verir ki, oyun Romadakı “Olimpiko” stadionunda baş tutur. İlk hissədən sonra hesab açılmayıb – 0:0.

Qeyd edək ki, Yannick Sinner hazırda Romada keçirilən tennis turnirində mübarizə aparır. O, artıq 1/4 finala yüksəlib və bu mərhələdə norveçli Kasper Ruudla qarşılaşacaq.

Xatırladaq ki, fevralın 15-də WADA Sinnerlə barışıq razılaşması əldə etdiyini, onun 3 aylıq diskvalifikasiya olunduğunu bildirmiş və agentlik dopinq işi ilə bağlı apellyasiya şikayətini geri götürmüşdü. İtalyanın diskvalifikasiyası mayın əvvəlində başa çatıb. Üç ay ərzində heç bir oyunçu onu dünya reytinqinin birinci pilləsindən kənarlaşdıra bilməyib.







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi