30 yanvar 2026. Cümə

Pulişiç "Milan"ı tərk etmək istəyir


Pulişiç "Milan"ı tərk etmək istəyir

"Milan"ın yarımmüdafiəçisi Kristian Pulişiç bu yay komandanı tərk etməyi planlaşdırır.

90deqiqe.Az "Tuttosport"a istinadən xəbər verir ki, amerikalı oyunçu komandanın hazırkı nəticələrindən narazıdır.

“Rossoneri” ilə müqaviləsi iki ildən sonra başa çatacaq 26 yaşlı oyunçunun xidmətində “Liverpul” və “Mançester Yunayted” maraqlıdır. Hər iki klub artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

"Milan" ölkə kubokunun finalında "Bolonya"ya uduzub və 2 matçda "Feyenoord"a 2:0 hesabı ilə uduzaraq avrokubokla vidalaşıb. Komanda çempionatda cəmi səkkizinci yerdədir.

Pulişiç bu mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 17 qol vurub və 12 məhsuldar ötürmə edib. 







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”