5 dekabr 2025. Cümə

Klaudio Ranyeri A Seriyada 500-cü oyununa çıxdı


Klaudio Ranyeri A Seriyada 500-cü oyununa çıxdı

"Roma"nın baş məşqçisi Klaudio Ranyeri baş məşqçi kimi A Seriyasında 500 matça çıxıb.

90deqiqe.Az xəbər verir ki, 73 yaşlı mütəxəssis üçün yubiley qarşılaşması bu gün 37-ci tur çərçivəsində "Milan"a qarşı baş tutub.

Ranyeri bu mövsüm karyerasında üçüncü dəfə “Roma”nı çalışdırır.

Təcrübəli məşqçi həmçinin "Kalyari", "Sampdoriya", "İnter", "Yuventus" və digər yüksək səviyyəli İtaliya və xarici klublarda da fəaliyyət göstərib.

Qeyd edək ki, Klaudio Ranyeri daha əvvəl dəfələrlə bəyan etdiyi kimi, cari mövsümün sonunda vəzifəsini tərk edəcək və məşqçilik karyerasını bitirmək niyyətindədir.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”