5 iyul 2026. Bazar günü

“Roma”nın yeni baş məşqçisi məndən gənc olacaq”


“Roma”nın yeni baş məşqçisi məndən gənc olacaq”

"Roma"nın baş məşqçisi Klaudio Ranyeri kluba yeni mütəxəssisin tezliklə təyin olunması ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 73 yaşlı çalışdırıcı bu barədə “Un Giorno da Pecora” verilişində danışıb.

“Növbəti ‘Roma’nın baş məşqçisi italiyalı olacaq, yoxsa əcnəbi? Yalnız onu deyə bilərəm ki, yeni baş məşqçi məndən gənc olacaq”

Xatırladaq ki, bazar günü axşam “Roma” doğma meydanda “Milan”ı 3:1 hesabı ilə məğlub edib. “Canavarlar” A Seriyasının cədvəlində beşinci yeri tutaraq Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirir.

Onu da əlavə edək ki, İtaliya çempionatının son turunda “Roma” səfərdə “Torino” ilə qarşılaşacaq.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması