- İtaliya S.A.
- 05:07 15.06.2025
“Milan”ın keçmiş qapıçısı Nelson Dida A Seriyasının cari mövsümündəki çempionluq yarışından danışıb və “rossonerilər”in növbəti mövsüm püşkatmasında uğur qazanacağına ümid etdiyini bildirib.
90deqiqe.Az xəbər verir ki, "Milan News" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Gözəl çempionatdır, bu final bütün azarkeşlər və futbolsevərlər üçün maraqlıdır. 'Napoli' və 'İnter' iki möhtəşəm komandadır, görək nə baş verir... Hər ikisi güclü olduğu üçün heç bir proqnoz vermək mümkün deyil. Hər şey son oyunda həll olunacaq.
'Rossoneri'nin uğursuzluqları? Mən demirəm ki, bu, pis mövsüm olub, çünki heç kim pis çıxış etmək üçün meydana çıxmır. 'Milan'a yazığım gəlir, mən həmişə onlara yaxın olmuşam və ümid edirəm ki, gələn il onlar yenidən qələbə üçün mübarizə apara bilərlər”.
Mövsümün bitməsinə bir tur qalmış “Napoli” 79 xalla A Seriyasına başçılıq edir. “İnter” 78 xalla ikinci pillədə qərarlaşıb. “Atalanta” üçüncü yerdədir (74 xal). “Milan” 60 xalla 9-cu yerdədir.