- İtaliya S.A.
- 22:35 19.06.2025
"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp "Roma"nın baş məşqçisi olmaq qərarına gəlib.
90deqiqe.Az "La Stampa"ya istinadən xəbər verir ki, mütəxəssis mayın 18-də “Roma”nın təklifini qəbul edib.
Mövsümün bitməsinə bir tur qalmış Klaudio Ranyerinin rəhbərliyi altında "Roma" İtaliya çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Mövsümün sonunda Ranyeri İtaliya klubunun baş məşqçi postunu tərk edəcək.
Kloppun baş məşqçi kimi son klubu 2015-2024-cü illərdə rəhbərlik etdiyi "Liverpul" olub. 2025-ci il yanvarın 1-dən mütəxəssis Red Bull-un qlobal rəhbəri vəzifəsini icra etməyə başlayıb.
Xatırladaq ki, Yurgen Klopp “Liverpul”la Premyer Liqa və Çempionlar Liqasının qalibi olub.