14 iyun 2025. Şənbə

“Atalanta” ilə aramızda harmoniya var, amma...”


“Atalanta” ilə aramızda harmoniya var, amma...”

İtaliyanın “Atalanta” klubunun baş məşqçisi Gian Piero Qasperini klubla yeni müqavilə ilə bağlı danışıqlardan və komandanın növbəti mövsüm perspektivlərindən danışıb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sport Italia" mütəxəssisin dediklərini belə çatdırıb.

“Atalanta” ilə müqaviləm var. Keçən il də belə olmuşdu – mövsüm artıq başlayandan sonra, avqust ayında uzadılmışdı. Mənimlə klub arasında elə bir harmoniya mövcuddur ki, heç vaxt problem olmayacaq. Amma yenə də futbol gözlənilməzdir.Düzünü desəm, əvvəlki illərdən fərqli olaraq hiss edirəm ki, “Atalanta”nın bu mövsüm etdiklərini təkrarlamaq asan olmayacaq. Bu məni narahat edir – çünki cari mövsümdə əldə olunan nailiyyətlərin gələn il də təkrarlanacağı bəlli deyil. Ən qısa zamanda komandanın gələcəyi ilə bağlı hansı variantların olduğunu dəyərləndirməliyik. Həqiqətən çətin mövsüm oldu.” 

İtaliya çempionatının bitməsinə bir tur qalmış “Atalanta” A Seriyasının turnir cədvəlində üçüncü yeri təmin edib. Berqamo komandası 37 matçda 74 xal toplayıb. Dördüncü pillədə qərarlaşan "Yuventus"dan 7 xal fərq var. Beləliklə, "Atalanta" UEFA Çempionlar Liqasının 2025/2026-cı il mövsümünün ümumi mərhələsində iştirak etmək hüququ qazanıb.

Daha əvvəl mətbuatda Qasperininin Berqamodan klubu tərk edə biləcəyi və A Seriyasının bir sıra komandalarının onun xidmətində maraqlı olduğu barədə məlumatlar yayılmışdı.







İtaliya S.A.

"Latsio" Pedroyla müqaviləni uzatdı
  • İtaliya S.A.
  • 23:54 12.06.2025
"Latsio" Pedroyla müqaviləni uzatdı