15 dekabr 2025. Bazar ertəsi

Konte "Napoli"də qalmaq üçün 200 milyon avro tələb edir


 Konte "Napoli"də qalmaq üçün 200 milyon avro tələb edir

"Napoli"nin baş məşqçisi Antonio Kontenin əməkdaşlığın davam etdirilməsi ilə bağlı tələbləri bəlli olub.

90deqiqe.Az-ın "İl Mattino"ya istinadən yaydığı xəbərə görə, Konte rəhbərlikdən 8-9 yeni futbolçu üçün planlaşdırılan transferlərə 200 milyon avro büdcə ayrılmasını tələb edib.

Bundan əlavə, təcrübəli mütəxəssis futbolçuların maaş büdcəsinin 80 milyon avrodan 110 milyon avroya qaldırılmasını istəyir.

Əgər Konte klubdan ayrılsa, onun yerinə əsas namizədlər kimi Massimiliano Alleqri və Marko Baroninin adı çəkilir.

37 turdan sonra A Seriyasının turnir cədvəlinə 79 xalla "Napoli" başçılıq edir. “İnter”lə fərq cəmi bir xaldır.







İtaliya S.A.

 “İnter”dən inamlı qələbə
  • İtaliya S.A.
  • 23:12 14.12.2025
“İnter”dən inamlı qələbə
“Napoli” “Udineze”yə uduzdu
  • İtaliya S.A.
  • 21:39 14.12.2025
“Napoli” “Udineze”yə uduzdu
“Komo” hücumçusunu itirdi
  • İtaliya S.A.
  • 21:07 12.12.2025
“Komo” hücumçusunu itirdi