31 may 2026. Bazar günü

İnzaqi "İnter"də qalacaq


İnzaqi "İnter"də qalacaq

"İnter"in baş məşqçisi Simone İnzaqi klubla yeni müqavilə imzalamağa yaxındır.

90deqiqe.Az-ın "Tuttosport"a istinadən yaydığı məlumata görə, klub rəhbərliyi İnzaqinin fəaliyyətindən tam şəkildə razıdır. Məşqçinin özü də "İnter"lə hələ nailiyyətlərə imza atmaq istədiyini bildirib.

Mayın 31-də "İnter" UEFA Çempionlar Liqasının finalında Fransanın PSJ komandası ilə qarşılaşacaq. Final matçından sonra tərəflər yeni müqavilə ilə bağlı danışıqlara başlayacaqlar. Müqavilənin 1 və ya 2 il uzadılması, yəni 2027–28 mövsümünün sonuna qədər davam etməsi gözlənilir.

Eyni zamanda, İnzaqi transfer bazarında müəyyən addımlar atılmasını klub rəhbərliyindən gözləyir. Daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu da təcrübəli çalışdırıcının xidmətində maraqlı olduğu ilə bağlı xəbərlər yayılmışdı.

Cari A Seriyası mövsümündə "İnter", sona bir tur qalmış, lider "Napoli"dən cəmi bir xal geri qalaraq ikinci pillədə qərarlaşıb.







İtaliya S.A.

“Onun getmək üçün səbəbi yoxdur”
  • İtaliya S.A.
  • 15:20 28.05.2026
“Onun getmək üçün səbəbi yoxdur”
Nikola Pas “Komо”da qalmaq istəyir
  • İtaliya S.A.
  • 23:33 26.05.2026
Nikola Pas “Komо”da qalmaq istəyir
Antonio Konte “Napoli”dən ayrıldı
  • İtaliya S.A.
  • 23:45 24.05.2026
Antonio Konte “Napoli”dən ayrıldı