- İtaliya S.A.
- 23:27 14.12.2025
A Seriyasında 38-ci turun "Komo" və "İnter" komandalarının qarşılaşdığı matç başa çatıb.
90deqiqe.Az xəbər verir ki, komandalar İtaliyanın Komo şəhərindəki "Stadio Giuseppe Sinigaglia"da qarşılaşıblar. Qarşılaşmanı Davide Massanın başçılıq etdiyi hakimlər briqadası idarə edib. Oyun 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
20-ci dəqiqədə "İnter"in müdafiəçisi Stefan de Vrij hesabı açıb. 51-ci dəqiqədə hücumçu Xoakin Korrea Milan klubunun üstünlüyünü gücləndirib.
Bu mövsüm İtaliya çempionatında 38 turun nəticələrinə əsasən, "İnter" ikinci yerdən aşağı düşməyəcək. Bununla belə, Simone İnzaqinin yetirmələri 38 oyundan sonra (82) 1 xal daha çox qazanan "Napoli"ni artıq keçə bilməyəcək. "Napoli" klubu 2024/2025 mövsümü üçün İtaliya çempionu olub.