15 iyun 2025. Bazar günü

"Napoli" İtaliya çempionu oldu


"Napoli" İtaliya çempionu oldu

"Napoli" A Seriyasının 38-ci turunda "Kalyari" üzərində 2:0 hesablı qələbə qazanaraq 2024/2025 mövsümünün İtaliya çempionu olub.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmada Neapol təmsilçisinin qollarını yarımmüdafiəçi Skott MakTominay və hücumçu Romelu Lukaku vurublar. Bu nəticə ilə Antonio Kontenin yetirmələri son üç ildə ikinci dəfə A Seriyasının qalibi olublar.

Bu, "Napoli"nin tarixində dördüncü çempionluğu olub. Komanda daha əvvəl 1986/1987, 1989/1990 və 2022/2023 mövsümlərində də ölkə çempionu adını qazanmışdı.

Mövsüm ərzində keçirilən 38 oyundan sonra "Napoli" 82 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. "İnter" 81 xalla ikinci, "Atalanta" isə 74 xalla üçüncü yerdə mövsümə yekun vurub.

İtaliya çempionatının ən titullu klubu 36 dəfə ölkə çempionu olmuş "Yuventus"dur.







İtaliya S.A.

Pioli A Seriyasına qayıdır
  • İtaliya S.A.
  • 12:58 14.06.2025
Pioli A Seriyasına qayıdır
"Latsio" Pedroyla müqaviləni uzatdı
  • İtaliya S.A.
  • 23:54 12.06.2025
"Latsio" Pedroyla müqaviləni uzatdı