29 iyun 2026. Bazar ertəsi

Konte "Napoli" ilə tarixə düşdü


Konte "Napoli" ilə tarixə düşdü

"Napoli"nin 2024/2025 mövsümündə A Seriya çempionluğunu rəsmiləşdirməsi ilə Antonio Konte İtaliya futbolu tarixində unikal nailiyyətə imza atıb.

90deqiqe.Az xəbər verir ki, 55 yaşlı mütəxəssis A Seriyada üç fərqli komandaya çempionluq yaşadan ilk baş məşqçi olub. Konte daha əvvəl "Yuventus"u 2011/2012, 2012/2013 və 2013/2014 mövsümlərində, "İnter"i isə 2020/2021 mövsümündə çempionluğa daşıyıb.

Fabio Kapello da karyerası ərzində "Roma", "Milan" və "Yuventus"la A Seriya çempionluğu əldə edib. Lakin "Yuventus"un 2004/2005 və 2005/2006 mövsümlərindəki titulları "Kalçopoli" adlı korrupsiya qalmaqalı səbəbindən ləğv edildiyi üçün bu göstərici rəsmi statistikaya daxil edilmir.

A Seriyasında 38 oyundan sonra ən yaxın izləyicisi “İnter”i 1 xal qabaqlayan “Napoli” 82 xala malikdir.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı