- İtaliya S.A.
- 05:07 15.06.2025
İtaliya A Seriyasında 38-ci turun oyunları davam edir. "Napoli" səfərdə "Kalyari"ni məğlub etməklə çempionluq titulunu qazanmaqla yanaşı tarixi nailiyyətə imza atıb.
90deqiqe.Az xəbər verir ki, neapollular əvvəlki mövsümü yalnız onuncu yerdə tamamlamışdı. Bu, A Seriyasında 20 klubun iştirak etdiyi dönəmdə mövsümünü onuncu pillədə başa vurub, növbəti il çempion olan ilk komanda olması baxımından rekord xarakteri daşıyır.
Beləliklə, "Napoli" İtaliya çempionatının tarixində ən təsirli dönüşlərdən birinə imza atıb.
Qeyd edək ki, bu, klubun tarixində dördüncü, 21-ci əsrdə isə ikinci İtaliya çempionluğu olub.