29 iyun 2026. Bazar ertəsi

MakTominay mövsümün ən dəyərli oyunçusu seçildi


MakTominay mövsümün ən dəyərli oyunçusu seçildi

"Napoli"  İtaliya çempionatında sonuncu, 38-ci turunda "Kalyari"ni məğlub edərək çempion olub.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmada hesabı şotlandiyalı yarımmüdafiəçi Skott MakTominay açıb. O, bu mövsüm səkkizinci dəfə komandasının oyununda hesabı açmağı bacarıb. MakTominay, ümumilikdə vurduğu 12 qolla A Seriyasının ən məhsuldar yarımmüdafiəçisi olub.

Göstərdiyi təsirli performans sayəsində 27 yaşlı futbolçu İtaliya çempionatının MVP-si – mövsümün ən dəyərli oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, “Napoli” son olaraq 2023-cü ildə A Seriyasının çempionu olmuşdu və bu mövsüm titulu yenidən qazanaraq uğurunu təkrarlayıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı