- İtaliya S.A.
- 05:07 15.06.2025
Serxio Konseysaonun “Milan” karyerası başa çatmaq üzrədir.
90deqiqe.Az xəbər verir ki, bunu portuqaliyalı mütəxəssisin klubun son turda “Montsa” ilə keçirdiyi oyunda nümayiş etdirdiyi davranış da təsdiqləyir.
Diskvalifikasiya səbəbilə texniki zonada yer ala bilməyən Konseysao qarşılaşmanı stadionda xüsusi ayrılmış oturacaqdan izləyib. Jurnalistlər onun nə oyun öncəsi, nə də sonrası media ilə ünsiyyət qurmadığını, həmçinin oyunda diqqət çəkəcək dərəcədə görünmədiyini bildiriblər.
Konseysaonun klubla 2026-cı ilin iyununa qədər müqaviləsi mövcuddur. Lakin razılaşmada mühüm bir bənd yer alır: altı aylıq fəaliyyətin ardından klub müqaviləni birtərəfli şəkildə ləğv edə bilər. Məlumata görə, “Milan” rəhbərliyi bu maddədən istifadə edərək, yaxın günlərdə Konseysao ilə yolları ayıra bilər.