29 iyun 2026. Bazar ertəsi

“Roma”nın Fabreqas arzusu puça çıxdı


“Roma”nın Fabreqas arzusu puça çıxdı

“Roma” klubu “Komo”nun baş məşqçisi Sesk Fabreqası transfer etmək üçün etdiyi cəhdlərdən nəticə əldə edə bilməyib.

90deqiqe.Az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Komo” rəhbərliyi ilə birbaşa əlaqə saxlayaraq 38 yaşlı mütəxəssislə müqavilənin ləğv şərtlərini öyrənmək istəyib. Lakin klub Fabreqasla yolları ayırmaq niyyətində olmadığını bildirib.

Xatırladaq ki, Sesk Fabreqas 2022/23 mövsümündə “Komo”da futbolçu karyerasını başa vurduqdan sonra dərhal komandaya baş məşqçi təyin olunub. Onun rəhbərliyi ilə klub 2023/24 mövsümündə B Seriyasında ikinci yeri tutaraq A Seriyasına vəsiqə qazanıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı