- İtaliya S.A.
- 22:35 19.06.2025
Danimarkalı müdafiəçi Simon Kjaer futbolçu karyerasını bu ilin qışında başa vurdu. Lakin təcrübəli futbolçu “Milan” klubuna başqa bir rolda qayıtmaq ehtimalını istisna etmir.
90deqiqe.Az xəbər verir ki, sabiq futbolçu bu barədə "piantetamilan.it"ə verdiyi açıqlamada "Milan" sevgisini gizlətməyib:
“Bəli, niyə də olmasın? Düşünürəm ki, Milan mənim klubumdur. İtaliyaya gələndən bəri həmişə Milan’da oynamaq arzum olub. Bu klubda keçirdiyim 4 il yarım inanılmaz idi,” – deyə o bildirib.
Təcrübəli sabiq futbolçu gələcəkdə klubda menecer və ya başqa texniki vəzifədə çalışmağa hazır olduğunu qeyd edib:
“Kluba fərqli rolda, yeni bir rolda kömək etməyə hazıram. Amma nəsə öyrənmək üçün vaxta ehtiyacım olacaq.”
Kjaerin gələcək planları hələ tam dəqiqləşməsə də, “Milan”la əlaqədə qalmaq istəyi onun klubla bağının nə qədər güclü olduğunu göstərir.
Xatırladaq ki, "Milan" İtaliyada mövsümü yalnız səkkizinci yerdə başa vurub.