- İtaliya S.A.
- 23:33 04.12.2025
“Roma”nın müdafiəçisi Mats Hummels vida matçını keçirib – son turda romalılar “Torino”ya qalib gəlib (2:0).
90deqiqe.Az xəbər verir ki, "DAZN" 36 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
"Mən hələ də nə hiss etdiyimi başa düşə bilmirəm - sevinc, kədər, duyğular dənizi. Çox şadam ki, mövsümün bütün çətinliklərinə baxmayaraq, Avropa Liqasına vəsiqəni təmin etdik. Mənim üçün çətin bir başlanğıcdan sonra layiqli bitiş oldu"
2024/25 mövsümündə alman müdafiəçi "Roma"nın heyətində 20 matçda iştirak edib və 1 qol vurub. O, mövsümün sonunda karyerasını bitirmək qərarına gələrək aprel ayında təqaüdə çıxdığını elan etdi. Komandada olduğu müddətdə Hummels beş dəfə Almaniya çempionu olub, üç dəfə Almaniya kubokunu və beş dəfə Almaniya Superkubokunu qazanıb. O, "Borussiya Dortmund"la iki dəfə Çempionlar Liqasının finalına yüksəlib.