- İtaliya S.A.
- 23:33 04.12.2025
İtaliyanın “Torino” klubunun baş məşqçisi Paolo Vanoli mövsümün sonunda komandadan ayrılacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.
Komanda ilə uğursuz mövsüm keçirən Vanoli rəhbərliklə birgə mövcud müqaviləni yeniləməmək qərarına gəlib.
Vanolinin yerinə baş məşqçi postuna üç namizədin adı çəkilir: Mauritsio Sarri, Marko Baroni və Cennaro Qattuzo.
Sarri ötən il “Latsio”dan ayrıldıqdan sonra işsizdir. Baroni isə hazırda əsas alternativlərdən biri kimi dəyərləndirilir. Digər tərəfdən, hazırda Xorvatiyanın “Hayduk” klubunu çalışdıran Qattuzonun yeni təklifi qəbul edəcəyi real görünmür.
“Torino” ötən mövsüm İtaliya Kubokunda cəmi bir mərhələni adlaya bilib və A Seriyasını 44 xalla 11-ci pillədə tamamlayıb.