14 iyun 2025. Şənbə

“Allahın köməkliyi ilə hər şey yoluna düşdü” - sabiq futbolçu


“Allahın köməkliyi ilə hər şey yoluna düşdü”  - sabiq futbolçu

Keçmiş braziliyalı hücumçu Aleksandr Pato inancının həyatındakı çətinliklərin öhdəsindən gəlməsinə kömək etdiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, sabiq futbolçu şəxsi həyatından nümunə gətirərək ailəsi ilə yaşadığı çətin dövrlərdən danışıb:

“Həyat yoldaşım Rebekka ilə dəfələrlə uşaq dünyaya gətirməyə çalışdıq, bir neçə dəfə hamiləlik pozuldu, amma sonda hər şey yoluna düşdü və Benjamin dünyaya gəldi. Allahın köməkliyi ilə hər şey yoluna düşəcək, sadəcə inanmaq lazımdır.”

O, həmçinin 2010-cu il dünya çempionatı öncəsi Braziliya millisindən kənarda qalmasına baxmayaraq ruhdan düşmədiyini vurğulayıb: “Ürəyimi itirməmişdim və bu, özümə Allah iradəsi ilə deyirdim.”

Pato 2008-2013-cü illərdə "Milan"da çıxış edib.







İtaliya S.A.

"Latsio" Pedroyla müqaviləni uzatdı
  • İtaliya S.A.
  • 23:54 12.06.2025
"Latsio" Pedroyla müqaviləni uzatdı